İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya COVID-19-u mövsümi qrip səviyyəsinə endirməyə hazırlaşır

Yaponiya hökuməti mütəxəssislərin köməyi ilə COVID-19 infeksiyasının statusunu dəyişərək onu mövsümi qripə uyğun kateqoriyaya keçirməyin perspektivini araşdırır.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə, əmək və rifah naziri Katsunobu Kato Tokioda təşkil olunan mətbuat konfransında deyib.

Hazırda Yaponiyada yoluxucu xəstəliklərin ikinci kateqoriyasında yer alan COVID-19 infeksiyasına yoluxanlar tamamilə dövlət hesabına müalicə olunur. Koronavirusun mövsümi virus xəstəliklərini əhatə edən beşinci kateqoriyaya endirilməsindən sonra müalicə və peyvənd xərclərini dövlət deyil, xəstənin özü ödəyəcək. Belə dəyişikliklər edilərsə, COVID-19 peyvəndi də ödənişli olacaq.

Ölkədə koronavirusa yoluxma hallarının yüksək səviyyəsi hələlik belə qərarların qəbuluna mane olur. Eyni zamanda, dekabr ayından başlayaraq COVID-19 infeksiyasından ölüm hallarında artım müşahidə edilir. Ötən ayın ortalarından bəri koronavirusa yoluxan 10 minə yaxın insan həyatını itirib. Bu pandemiya dövründə qeydə alınan ölüm hallarının təxminən 16 faizidir.

Yaponiyada əhalinin 80 faizdən çoxu koronavirusa qarşı ən azı iki doza ilə peyvənd olunub.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR