İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya BMT-nin Şimali Koreyaya qarşı fəaliyyətsizliyindən təəssüfləndiyini bildirib

Noyabrın 22-də Yaponiya hökumətinin rəsmi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Koreyanın raket sınaqlarına qarşı fəaliyyətsizliyindən təəssüfləndiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə BMT Təhlükəsizlik Şurasının noyabrın 21-də Nyu-Yorkda keçirilən fövqəladə iclasının yekunlarını şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.

Xatırladaq ki, Şuranın iclası zamanı ABŞ Şimali Koreyanın qitələrarası ballistik raket buraxılışını pisləyən bəyanatın qəbulunu təklif etsə də, Çin və Rusiya buna razılıq verməyib.

H.Matsuno bildirib ki, ciddi təxribatlar törədən Şimali Koreya BMT TŞ-nin müvafiq qətnamələrini dəfələrlə pozub. Baş katib qeyd edib ki, bəzi ölkələrin passiv mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı lazımi addımlar ata bilməməsi böyük təəssüf doğurur.

H.Matsuno bəyan edib ki, Şimali Koreyanın nüvə və raket proqramları qətiyyən qəbuledilməzdir. Bu, həm Yaponiyanın, həm də ümumilikdə beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə qarşı ciddi təhdiddir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR