İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya ABŞ-dan qanadlı raketlər alır

Yaponiya hökuməti “Tomahawk” qanadlı raketlərinin alınması üçün ABŞ-la müqavilə bağlamaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamadaya istinadla Kyodo agentliyi məlumat yayıb.

Bildirilib ki, Tokio 500-ə yaxın raket almağı planlaşdırır.

“Biz böyük miqdarda raketin alqı-satqısına dair müqaviləsi imzalamaq niyyətindəyik", - deyə nazir qeyd edib.

Hamada Yaponiya tərəfinin əldə etmək niyyətində olduğu raketlərin dəqiq sayını açıqlamasa da, Kyodo agentliyi 2023-cü maliyyə ilində (aprelin 1-dən başlayır) Tokionun 500-ə yaxın “Tomahawk” raketinin alınmasını planlaşdırdığını vurğulayıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR