İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP mətbuat xidmətinə yeni rəhbər təyin edilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin yeni müdiri məlum olub.

Musavat.com APA-ya istinadla xəbər verir ki, Nurlan Qələndərli bu gündən bu vəzifədə fəaliyyətə başlayıb.

Qeyd edək ki, bundan öncə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev idi.

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Nurlan Qələndərli bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru olub. Yeni vəzifəyə təyin olunması ilə əlaqədar iyulun 15-də “Yeni Azərbaycan” qəzetindən ayrılıb.

nurlan qelenderli.jpg (287 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR