İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvarda Avropada qaz istehlakı 9 ilin minimumuna enib – Rusiya qazının payı...

Yanvar ayında Avropanın qaz anbarlarından istehlak 2014-cü ildən bəri ən aşağı səviyyədə olub. Gas Infrastructure Europe -nin(GIE) məlumatına əsasən yanvarda anbarlardan 13,64 milyard kubmetr qaz götürülüb. Ay ərzindı anbarlara vurulan qaz həcmi isə 2011-ci ildən bəri ən yüksək səviyyədə - 1,6 milyard kubmetr təşkil edib.

Musavat.com xəbər verir ki, nəticədə Avropa anbarlarında ehtiyatların həcmi72 faiz təşkil edir. Bu, son 5 illik orta göstəricidən19,79 faiz yüksəkdir. Anbarlarda hazırda 78,1 milyard kubmetr qaz var.

2022-ci ilin 14 noyabrından – istilik mövsümü başlanandan indiyədək anbarlardan 29,83 milyard kubmetr qaz götürülüb. Bu, 5 illik orta göstəricidən 4,39 faiz aşağıdır.

Yanvar ayında Avropada qazın orta qiyməti min kubmetr üçün 710 dollar təşkil edib. Ötən həftə Niderlandın TTF birjasında fevral fyuçerslərinin qiyməti 600 dollardan da aşağı düşüb. Buna səbəb fevralın ilk həftəsi üçün mövsüm normalarından yüksək hava temperaturuna dair proqnozlar olub. Bu həftə Avropanın əksər ölkələrində temperatur iqlim normasından yüksək olub. Bununla belə, külək enerjisinin qitənin enerji təminatındakı payı ötən həftə boyu azalıb, 24 yanvarda isə 10,4 faizə düşüb. Ümumilikdə yanvar ayında bu göstərici 22 faiz təşkil edib.

Yanvar ayında maye qaz(LNG) terminallarından Avropanın qazpaylayıcı sisteminə 11,4 milyard kubmetr qaz daxil olub. Bu, tələbatın 30 faizi deməkdir. İkinci yerdə 28 faiz payla yeraltı anbarlardan istehlak, üçüncü yerdə isə 23 faiz payla Şimal dənizindən gələn qaz gəlir.

Şərqdən (Rusiyadan, Ukraynadakı anbarlardan və Ukraynanın özündən) gələn qaz yanvar ayında Avropanın istehlakında cəmi 5,4 faiz paya malik olub. Bu, Şimali Afrikadan(7 faiz) gələn qazdan da aşağı göstəricidir.

Xatırladaq ki, öən ilin eyni dövründə Rusiya qazının Avropanın istehlakında payı 45 faizə çatırdı. İndi isə bu göstərici 4 faizdən də azdır.

Hazırda Rusiyadan Avropaya yalnız Ukrayna ərazisindən olmaqla gündəlik 29 milyon kubmetr qaz nəql olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR