İnsanlara hürriyət, millətlərə istiqlal!

Yakutiyalı jurnalist polisə qarşı məhkəmədə qalib gəlib

Yakutiyalı jurnalisti Viktoriya Tarabukina antimiqrant aksiyasını işıqlandırdığına görə ona qanunsuz cərimə kəsildikdən sonra məhkəməyə müraciət edib və şəxsinə dəymiş mənəvi ziyana görə qismən kompensasiya əldə edib.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, məhkəmə onun cəriməsini və məhkəmə xərclərini geri qaytarmağa, həmçinin 15 min rubl təzminat ödəməyə qərar verib.

SakhaDay onlayn nəşrinin əməkdaşı Viktoriya Tarabukina əvvəllər Yakutiyada miqrantlara qarşı keçirilən aksiyanı işıqlandırdığına görə barəsində protokol tərtib edən polisə qarşı məhkəmədə qalib gəlib. Tarabukina mənəvi təzminat olaraq 50 min rubl tələb etsə də, məhkəmə ona 15 min pul verib. Bundan əlavə, ona 10 min rubl məbləğində cərimə və 78 min rubl məbləğində məhkəmə xərcləri geri qaytarılacaq.

Hadisə yanvarın 24-də Tacikistandan olduğu deyilən miqrant tərəfindən yerli sakinin öldürülməsi ilə bağlı Yakutiya sakinlərinin kütləvi toplanışından sonra baş verib. Respublika başçısı Aysen Nikolaev qatili nəzərdə tutaraq bildirib ki, “belə insanlara bizim cəmiyyətdə yer yoxdur”.

Jurnalist mitinqdə redaksiya tapşırığı ilə iştirak edib, lakin məhkəmənin fikrincə, onun üzərində şəxsiyyət nişanı olmayıb. O, həyati əhəmiyyət daşıyan infrastrukturun fəaliyyətinə mane olmaqda təqsirli bilinib və cərimələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR