İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Heqsetə Portlenddə istənilən qoşun növündən istifadə etməyi tapşırıb

ABŞ prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə Oreqon ştatının Portlend şəhərində bütün lazımi hərbi qüvvələri yerləşdirməyi tapşırıb. Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlayıb.

Onun sözlərinə görə, məqsəd asayişi bərpa etmək və şəhərdə sənədsiz immiqrantlara qarşı əməliyyat keçirən ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) obyektlərini qorumaqdır: "Prezident nazir Heqsetə müharibədən dağılmış Portlendi və Antifa və digər solçu yerli terrorçuların hücumu altında olan hər hansı ICE obyektlərini qorumaq üçün bütün lazımi qoşunlardan istifadə etməyi tapşırıb".

Qeyd edək ki, Oreqon demokrat qubernatoru rəhbərlik etdiyi və Trampın hədəfində olan ştatlardan biridir. Sentyabrın 27-də Tramp “daxili terrorizm”lə mübarizə üçün Milli Qvardiya qoşunlarının Portlendə göndərilməsi barədə göstəriş verib. Onun sözlərinə görə, o, “lazım gələrsə, tam güc tətbiq etməyə icazə verir”. Oktyabrın 1-də Tramp bəyan edib ki, Portlenddə vəziyyət “pisləşməkdə davam edir” və hüquq-mühafizə orqanları Amerikanın antifaşist “Antifa” hərəkatının üzvləri tərəfindən hücuma məruz qalır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR