İnsanlara hürriyət, millətlərə istiqlal!

Yağış dünyanın ən böyük birjalarından birinin fəaliyyətini dayandırdı  

 

Honq-Konq Fond Birjasında bu gün üçün bütün hərraclar ləğv edilib.

Musavat.com xəbər verir ki, buna səbəb indiyədək görünməyən səviyyədə güclü yağan güclü yağışlardır.

"Mövcud qara fırtına xəbərdarlığı və ekstremal ticarət şərtlərinə görə, bu gün qiymətli kağızlar və törəmə alətlər bazarlarında heç bir ticarət olmayacaq", - birjanın saytında verilən açıqlamada deyilir. Bundan əvvəl birja rəhbərliyi gündüz sessiyasının hava şəraitindən asılı olacağını qeyd edərək səhər ticarətini ləğv edib.

Dünən axşam Honq-Konq Meteoroloji Rəsədxanası 1884-cü ildən bəri ən güclü leysan yağışı ilə bağlı ən yüksək qara fırtına xəbərdarlığını verib.

Meteoroloqların məlumatına görə, yerli vaxtla saat 23:00-dan 24:00-a qədər (Bakı vaxtı ilə saat 19:00-dan 20:00-a qədər) şəhərə 158,1 mm yağıntı düşüb ki, bu da 139 illik müntəzəm hava müşahidələri ərzində ən yüksək göstəricidir. Bu gün saat 13:00-a (Bakı vaxtı ilə 09:00) olan məlumata görə, şəhərdə qara tufan xəbərdarlığı hələ də qüvvədədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR