Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla görüşdə Bakı ilə sülh müqaviləsinin 80%-nin razılaşdırıldığını bir daha bəyan edib.
“Ermənistan bu sənəd əsasında müqavilə imzalamağa hazırdır,” - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri, 16 maddədən 13-nün razılaşdırılmasının regionda sülh və sabitliyi təmin edəcəyinə əmin olduğunu vurğulayıb.
Fransa Prezidenti Makron isə Ermənistan hökumətinin atdığı addımları dəstəklədiyini qeyd edib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ