İnsanlara hürriyət, millətlərə istiqlal!

Yael Bron-Pive: “Biz Ermənistanın yanındayıq”

“Bu gün Azərbaycanla dialoq var, onu davam etdirmək və gücləndirmək lazımdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive deyib.

“İlk növbədə, vəziyyətin necə olmasından asılı olmayaraq, dialoqun davam etməsi faktını alqışlamaq lazımdır. Dialoqda heç bir boşluq yoxdur, biz onun nəticə verməsi üçün daha çox səy göstərməli və davam etməliyik”, - deyə Yael Bron-Pive bildirib.

Fransa Milli Assambleyasının rəhbərindən “Azərbaycanın dialoqa hazır olduğunu görüb-görmədiyi” soruşulub:

“Əgər biz bütün bunların səmərəsiz olduğunu düşünsək, bu yolla getməzdik. Biz hələ də inanırıq ki, birlikdə sülh yolu ilə həll tapa bilərik, hansısa həlli birlikdə işləyə bilərik. Fransa bu rolu oynamaqda davam edir, çünki biz Ermənistanın yanındayıq”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR