İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO

İLK YAYIMLANMA ZAMANI - 23 SENTYABR -02:14

Musavat.com xəbər verir ki, bu görüntülər dünən, 22 sentyabrda çəkilib.

Videodan da göründüyü kimi, Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərləri Ağdərə rayonuna tam nəzarəti həyata keçiriblər.

Redaksiyamıza ön xətdəki döyüşçülərdən daxil olan məlumata görə, "Qlobus" yüksəkliyi xaric, Ağdərə tamamilə ordumuzun nəzarəti altındadır.

Yenə həmin mənbənin bildirdiyinə görə, "Qlobus" yüksəkliyində yeraltı blindaj quran ermənilər mühasirə şəraitində müqaviməti davam etdirir. Lakin Ağdərənin yerdə qalan bütün əraziləri, bütün yollar Azərbaycan ordusunun nəzarəti altındadır!
Onu da qeyd edək kj, bu videonu yaymazdan öncə, üzü görünən qəhrəmanlarımızdan icazə almışıq. Videonun yayılmasını özləri də istəyiblər. Onlara hər şey halaldır!

Həmin video görüntüləri eksklüziv olaraq təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR