İnsanlara hürriyət, millətlərə istiqlal!

XTQ hərbçisi açıqladı: “Əslində Şuşaya bu tarixdə girdik...” – Rauf Arifoğlu ilə “Canlı debat”

Şuşa-Laçın yolunda bizim 17 nəfərlik bölməmiz Ermənistanın 200-dən çox hərbi qulluqçusunu məhv etdi. Bunu Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Şəmsəddin Qurbanov Report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, oktyabrın 31-də Xocalı rayonunun Sığınaq kəndindən Şuşanın Daşaltı kəndi istiqamətində irəliləmək əmri alıblar və orada mövqe tutublar. Əsas məqsəd isə gizli "Şuşa tapşırığı"nı maksimum dərəcədə aşkara çıxarmamaq olub:

"Artıq noyabrın 3-ü axşam saatlarında tapşırıq gəldi ki, Daşaltının içərisinə daxil olmadan qayalığın altı ilə irəliləyərək Laçın dəhlizini tutmalıyıq. Noyabrın 4-ü səhər saatlarında Laçın dəhlizinə çatdıq və oranı nəzarətə götürdük. Burada sağ və sol tərəflərdə düşmənin səngərləri var idi. Onlar bizi hazırlıqsız yaxamalaq istəyirdilər. Ancaq bizim öndə gedən qruplarımız, eləcə də onları arxadan dəstəkləyən qruplarımızın peşəkarlığı nəticəsində çətin tapşırığı yerinə yetirdik və Laçın dəhlizini tutmağa müvəffəq olduq".

Ş.Qurbanov söyləyib ki, noyabrın 6-a qədər Şuşa-Xankəndi sərhədi boyunca sıx meşəliklə gizlicə irəliləyiblər. Onlar irəlilədikcə ermənilərin danışıq səslərini, mahnı zümzümələrini aydın şəkildə eşitmək mümkün olub:

"Düşmən bizi aşkara çıxarmaq üçün meşəlik ərazilərə kor-koranə şəkildə iriçaplı silahlardan atəş açırdı. Onlar hətta fosfor mərmilərindən istifadə edərək meşələri yandırırdılar. Düşmən 15 metrliyimizə əl qumbaraları atdı. Bu məqamda yaralı döyüş yoldaşım gizir Tural Musayevi xilas etmək üçün özümü irəli atdım. Daha sonra düşmənin arxasından sızaraq onlara gələn hərbi yardım və təminat maşınlarını ələ keçirdik və amansız döyüşdə düşmən 100-ə yaxın itki verdi"

Bu və gündəmdəki bir çox xəbərləri, eləcə də Zəfər Gününün əhval-ruhiyyəsini, son gəlişmələrini bu gün saat 12.00-də “Canlı debat”ın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR