İnsanlara hürriyət, millətlərə istiqlal!

Xoy şəhərinə gedən İran parlamentinin sədri etirazla qarşılandı

Xoy vilayətindəki dağıdıcı zəlzələdən zərər çəkənlərə dövlətin yardım etməməsi səbəbindən artan etirazlardan sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf zəlzələdən zərər çəkmiş bölgəyə səfər edib.

Musavat.com bildirir ki, bu barədə GünazTV xəbər yayıb.

Xoy hava limanı vasitəsilə Qərbi Azərbaycan əyalətinə gedən Qalibaf zəlzələdən zərər çəkən bəlgələrdə etirazlarla qarşılanıb.

Çadır düşərgələrində müvəqqəti yerləşdirilən zərər çəkənlər hakimiyyət nümayəndələrinin vədlərinin özünü doğrultmadığını deyiblər. Xoylular məsulların öz yaxınlarını kameralar qarşısına çıxararaq yaradılmış şərait barədə yalan təbliğat apardıqlarını bildiriblər.

Valilik, fərmandarlıq və başqa qurumların rəsmi statistikada göstərdikləri yardım həcminin reallıqda ortada olmadığını, hakimiyyət məmurlarına yaxın olan şəxslərin qeyd edilən yardımlardan istifadə etdiklərini söyləyiblər.

Qeyd edək ki, Xoy şəhərində yanvarın 28-i baş verən 5.9 bal gücündə zəlzələdə zədələnən evlərin ümumi sayı 13200-ə çatıb. Hazırda 130 min nəfər çadır düşərgələrində yerləşdirilib. Onlara konteyner sığınacaqları ilə bağlı verilən vədlər yerinə yetirilməyib. Yalnız hadisənin üstündən iki həftə sonra parlament sədri Xoya səfər edib ki, bu da görüntü xatirinə atılan addım kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR