İnsanlara hürriyət, millətlərə istiqlal!

XoşqədəmdənSƏRT SÖZLƏR:"Qadın narazıdırsa,mütləq kişi günahkardır" - VİDEO

Televiziya aparıcısı Xoşqədəm Hidayətqızı qadınların müdafiəsinə qalxıb. 

Musavat.com xəbər verir ki, bu haqda o, aparıcısı olduğu "Səni Axtarıram" verilişində danışıb.

Kişilərə səslənən teleaparıcı gələcəkdə hər zaman gəlinin yanında olacağını açıqlayıb və kişilərə məsləhət verib:

"Niyə bu qadınları zülmlərə salırsınız? Ayıb deyilmi? Heçmi vicdanınız yoxdur?! Ay oğlanlara tərbiyə verən analar, siz haradasınız?

Mənim oğlum istədiyi qızla belə davrana bilməz. Ona hələ 6 yaşı olanda deyirdim ki, qadınları ağlatmaq olmaz.

Oğluma demişəm ki, mənim üçün həmişə gəlinimin sözü önəmli olacaq. Birincisi o biləcək ki, yanında mənim kimi bir böyüyü var, mən heç vaxt haqqı tapdamaram.

İkincisi, bir qadın hüzurlu yerindən qaçmaz. Qadın narazıdırsa, mütləq kişinin günahı var! Qadına yaxşı bax, ağlatma, incitmə, onu xoşbəxt et. Qadın xoşbəxtdirsə, ailə xoşbəxtdir, uşaqlar tərbiyəlidir. Qadın xoşbəxtdirsə, cəmiyyət də xoşbəxtdir".(yenisabah.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR