Onlayn ictimai-siyasi qəzet
"Xocalı sürətlə dirçəlir! Hazırda şəhərdə 52 ailə məskunlaşıb, tezliklə daha 50 ailənin də köçürüləcəyi gözlənilir".
Musavat.com bildirir ki, bu sözləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov verib.
Qurum rəsmisinin sözlərinə görə, köçürüləcək ailələr üçün evlər artıq tam hazırdır:
"Evlər artıq tam istifadəyə hazırdır. Sakinlər üçün şəhərdə park salınıb, kiçik ticarət obyektləri yaradılıb. Xocalı sakinləri əsasən işləməyə Xankəndiyə gedirlər, çünki orada iş yerləri çoxdur. Öz ərazilərində isə əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Ümumilikdə şəhərdə 20 min əhalinin yaşayacağı nəzərdə tutulur."
Elçin Yusubov həmçinin Xocalı aeroportunun istifafəsi istiqamətində işlərin başladığını deyib.
Xalidə Gəray,
Video müəllifindir
Musavat.com
06 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ