İnsanlara hürriyət, millətlərə istiqlal!

Xocalı hərbi canisi azərbaycanlı hərbçilərlə birgə Zabuxda? – Tural Abbaslı ilə CANLI

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.

Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib.


Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib.

Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib.

Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Bu arada, ötən gün Rusiya sülhməramlı qüvvələrinin və Azərbaycan hərbçilərinin nümayəndələri Laçın şəhərinə və Zabux kəndinə gediblər.

Bu barədə erməni mediası Qarabağ separatçılarına istinadən xəbər yayıb. Məlumata görə, onları Qarabağın qondarma “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan müşayiət edib.

“Aravot” qəzetinin yazdığına görə, Balasanyan Azərbaycan tərəfini əmin edib ki, ermənilər çıxarkən evləri yandırmayacaqlar. Eyni mənbə bildirir ki, Balasanyan Qarabağı Ermənistanla birləşdirəcək yeni yolun tikintisi ilə də tanış olub.

Xatırladaq ki, Vitali Balasanyan Azərbaycan prokurorluğunun Birinci Qarabağ Müharibəsi zamanı hərbi cinayətlər törətməkdə ittiham etdiyi erməni hərbçilərin qrupuna daxildir.

O əsasən 1992-ci ilin fevralındaXocalıda dinc əhalinin qətliamında iştirak edib. O zaman sual yaranır: azərbaycanlı hərbçilər gerçəkdənmi Xocalı canisi ilə birgə monitorinq aparıblar, yoxsa hələlik bu erməni itindən cari maraqlarımız üçün istifadə qərarı verilib? Belə bir monitorinq hansı zərurətdən doğub?

TVMusavat-ın saat 12:00-da canlı efirində AĞ Partiya başqanı Tural Abbaslı ilə gündəmi müzakirə edirik. Müzakirəyə tamaşaçılar da qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR