Onlayn ictimai-siyasi qəzet
Paytaxt bazarlarında pomidor və xiyarın qiyməti artıb.
Bir neçə gün əvvəl 70 qəpiyə satılan xiyar 1 manat 50 qəpiyə, 1 manata satılan pomidor isə 2-3 manata təklif edilir. Elə alıcılar da bu məhsullarda qiymət artımının olduğunu deyirlər.
Pomidor və xiyarda 2 dəfədən artıq qiymət artımının olduğunu satıcılar da təsdiqləyirlər. Onlar mövsümi tərəvəzlərin belə bahalaşmasını havanın tez-tez dəyişməsi ilə əlaqələndirirlər.
Satıcılar bildiriblər ki, yaxın günlərdə bu məhsulların yenidən ucuzlaşacağı gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ