Onlayn ictimai-siyasi qəzet
Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir.
Musavat.com-un məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.
A.Hacızadə Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsini yeni üsul kimi dəyərləndirib:
“Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir".
A.Hacızadə real göstəricini təqdim edib:
“Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb. 2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər olub”.
Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon şəxsi “X” hesabında paylaşım edərək Azərbaycandan Fransa səfirliyinə bu il viza müraciətlərinin artdığını bildirib.
Nigar HƏSƏNLİ,
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ