Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, TV Müsavat-ın canlı efirində çıxış edən hərbi ekspert Telman Qasımov bölgədə mövcud vəziyyəti və təhlükəsizlik məsələlərini şərh edib.
O bildirib ki, bölgədə sabitliyin tam bərqərar olması üçün Ermənilərə məxsus gizli bunkerlərin aşkar olunaraq zərərsizləşdirilməsi vacibdir. Qasımovun sözlərinə görə, bu bunkerlər potensial təxribat və silahlı müqavimət ocaqları kimi istifadə oluna bilər və onların fəaliyyətdə qalması gələcəkdə təhlükəsizlik riskləri yarada bilər.
Ekspert həmçinin vurğulayıb ki, bu kimi təhlükə mənbələri aradan qaldırılmadan bölgədə davamlı sülh və birgəyaşayış mümkün deyil. Onun fikrincə, dövlət müvafiq təmizləmə və təhlükəsizlik tədbirlərini həyata keçirməli, uzunmüddətli təhlükəsizlik təmin edilməlidir.
Ətraflı videoda:
16 Sentyabr 2025
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ