İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Polşaya nüvə raketləri daşıya bilən qırıcılar göndərib

NATO-nun “Şərq Keşikçiləri” əməliyyatında iştirak etmək üçün Polşaya göndərilən Fransa Hərbi Hava Qüvvələrinin Rafale qırıcıları nüvə silahı daşımaq qabiliyyətinə malikdir. Musavat.com xəbər verir ki, məlumatı Defence-24 portalı yayıb.

Portalın yazdığına görə, Fransa nüvə silahı daşıya bilən təyyarələrin yerləşdiyi Sen-Dizierdəki 113-cü aviabazadan Polşaya Rafale eskadrilyasını göndərib. Portal təyyarənin Polşadakı yeni yerindən mövcud foto materialları öyrənərək, Minsk Mazowiecki aviabazasında qırıcıların Polşaya döyüş başlığı olmadan gəldiyini ehtimal edir.

Fransa NATO-nun alyansın şərq cinahının hava məkanını qorumaq üçün əməliyyatda iştirak etmək üçün Polşaya üç Rafale qırıcısını göndərib. Sentyabrın 12-də elan edilən əməliyyat sentyabrın 9-dan 10-na keçən gecə Rusiyanın Polşaya dron hücumundan sonra Varşavanın tələbi ilə başlanan Şimali Atlantika Müqaviləsi 4-cü maddəsinə əsasən aparılan məsləhətləşmələrin nəticəsidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR