İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov Alla Pugaçovaya satqın və boşboğaz ded! Səbəbi bu generaldı…

Musavat.com xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın məşhur müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçovanın son müsahibəsinə sərt reaksiya verib.

Səbəb isə sənətçinin Çeçenistan İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudaev haqqında dedikləri olub. Puqaçova çıxışında Dudaevi “hörmətli və dürüst insan” adlandıraraq, onun həyat yoldaşı Alla Dudayevadan üzr istədiyini bildirib.

Kadırov isə öz “Telegram” kanalında açıqlama yayaraq, bu sözləri “acınacaqlı boşboğazlıq” kimi dəyərləndirib. Onun sözlərinə görə, Dudaevin kimliyini və Çeçenistana hansı faydanı verdiyini soruşmaq üçün ən yaxşı ünvan elə respublikanın sadə sakinləridir. Kadırov iddia edib ki, Dudaevin hakimiyyəti dövründə Çeçenistanda banditizm artıb, maliyyə böhranı yaşanıb, xalq ağır durumda ikən lider yalnız hərbi gücü ilə lovğalanıb. “Bir də çatmırdı ki, xalqın düşməni və satqın olan Pugaçova kimi adamlar Çeçen xalqının ən ağır dövrü haqqında boş-boş danışsınlar”, – deyə Kadırov vurğulayıb.

Alla Pugaçovanın açıqlamaları isə təkcə Dudaevlə bağlı olmayıb. O, həmçinin Rusiya prezidenti Vladimir Putin barədə də danışaraq, Ukraynaya qarşı müharibəni ədalətsizlik adlandırıb və siyasi repressiyaları, “xarici agent” damğasının fərqli düşünənləri hədəfə almasını kəskin tənqid edib. Sənətçi Putinin bəzi çıxışlarında əvvəlki sözləri ilə indiki siyasəti arasında ciddi ziddiyyətlər olduğunu qeyd edib.

Hadisə Rusiya ictimaiyyətində və xüsusilə Qafqaz bölgəsində rezonans doğurub. Ekspertlərin fikrincə, Pugaçovanın nüfuzlu sənətçi kimi çıxışı ilə Kadırovun sərt mövqeyi arasında baş verən bu qarşıdurma həm tarixi hadisələrə verilən qiyməti, həm də Rusiyada mövcud siyasi sistemin fərqli səslərə münasibətini bir daha açıq şəkildə göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR