Onlayn ictimai-siyasi qəzet
Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan diplomatik missiyası başa çatan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhanini qəbul edib.
Musavat.com xəbər verir ki, görüş zamanı nazir Mirzoyan qeyd edib ki, səfir Sobhaninin fəaliyyəti çətin dövrə təsadüf etsə də, bu müddət ərzində iki ölkə çətinliklərin öhdəsindən gəlməklə yanaşı, ikitərəfli münasibətlərdə nəzərəçarpan nəticələr əldə edə bilib.
Həmçinin Mirzoyan Prezidentin fərmanı ilə səfir Mehdi Sobhaniyə “Dostluq” ordenini təqdim edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, səfir Sübhani anti-Azərbaycan mahiyyətli bir səfirdir və ermənidən daha çox ermənidir. Bu baxımdan o, bu ordeni haqq edir.
Musavat.com
16 Sentyabr 2025
15 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ