İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının mətbuat xidməti bildirib.

“BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd Əl Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Məhəmməd Əl Bluşi 2022-ci ilin aprelindən BƏƏ-nin Azərbaycandakı səfiridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR