İnsanlara hürriyət, millətlərə istiqlal!

XİN: "Ermənistana təzyiqlərin artırılmasını tələb edirik"

"Gəncənin hədəf alınması Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozması halıdır ki, bu da özünün də üzv olduğu Cenevrə Konvensiyasının normalarını pozması deməkdir".

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib:

"Gəncə hadisələri yerli və beynəlxalq mətbuat orqanlarının nümayəndələri tərəfindən yerində çəkilib. Bütün materiallar protokol üzrə toplanmış və Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində vəsatət qaldırılıb. Birinci növbədə insanların hüquqlarının pozulması, ikinci isə nifrət əsasında törədilən cinayətlərdən gedir. Bu məsələ hələ də müvafiq instansiyalarda baxılmaqdadır. Azərbaycan qanun qarşısında təqsirkarların cavab verməsi üçün əlindən gələni edəcək. Təəssüf ki, bu günə qədər Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, qanun pozuntusuna görə bir nəfər də olsun qanun qarşısına çıxarılmayıb. Biz bir daha törətdiyi müharibə cinayətlərinə görə qanun qarşısında cavab verməsi üçün dünya ictimaiyyətindən Ermənistana təzyiqlərin artırılmasını tələb edirik".

Nigar HƏSƏNLİ,
Musavat com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR