İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünə hazırlıq aparılır

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bu məsələ İran və Türkmənistanın xarici işlər nazirləri arasında aparılan telefon söhbətində müzakirə olunub.

Söhbət zamanı qeyd olunub ki, Türkmənistan və İran Xəzəryanı ölkələrin iqtisadi əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində maraqlıdır. Dənizdə beynəlxalq terrorçuluğa və narkotik vasitələrin qaçaqmalçılığına qarşı birgə mübarizə daha səmərəli olar. Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin birgə görüşünün keçirilməsini təklif edib. İranın xarici işlər naziri Əmir Abdullahian təklifi razılıqla qarşılayıb və bu istiqamətdə işlərin aparıldığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR