İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizi sahilində 2500-ə yaxın ölü suiti tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 2 500-ə yaxın suiti cəsədi tapılıb.

Bu barədə Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi teleqramda məlumat yayıb.

Qeyd olunub ki, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib.

Ölən heyvanların sayının hesablanması davam edir.

"Bu, son on ildə Xəzər suitilərinin ən kütləvi tələfatıdır. Səbəblər ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək", - məlumatda qeyd olunur./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR