İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəstəxanada lift ÇÖKDÜ – YARALILAR VAR

Perm xəstəxanasında xəstələri daşıyan lift dördüncü mərtəbənin hündürlüyündən şaxtaya düşüb.

Yarım saat ərzində insanlarla əlaqə saxlamaq mümkün olmayıb.

Lift çökəndə işçilər dərhal qapıları aça bilməyiblər. İçəridə tüstü başlayıb. Sərnişinlər yaralanıb, bəziləri panik atak keçirib.

Liftdə 14 nəfər olub, onlardan 10-u xəsarət almayıb.

Tibb müəssisəsinin rəhbərliyi bildirib ki, lift bütün lazımi müayinələrdən keçib. Aylıq texniki qulluq üçün müqavilə imzalanıb.

İstintaq Komitəsi “istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlər göstərmə” maddəsi ilə cinayət işi açıb.

Xatırladaq ki, Kareliyada bütün köhnə liftlərdən istifadəni qadağan etmək niyyətindədirlər./Medianews.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR