Onlayn ictimai-siyasi qəzet
“Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağanı biz Rusiya-Ermənistan əməkdaşlığının müttəfiq xarakterinə zidd olan qeyri-dost addım kimi qiymətləndiririk”.
Musavat.com xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Bu məsələni biz təkcə qapalı qapılar arxasında yox, eyni zamanda açıq şəkildə də müzakirə edirik. Ermənistanla münasibətlərdə “stop-list” mövzusu ilə bağlı kifayət qədər tez-tez açıqlama verməyə məcbur oluruq. Biz dəfələrlə erməni tərəfdaşlarımızı bu zərərli təcrübəni dayandırmağa çağırmışıq.
Bu məsələ may ayında Sergey Lavrovun Ermənistan Respublikasına səfəri zamanı xarici işlər nazirləri arasında müzakirə olunub. Ermənistan tərəfinə konkret addımlar təklif edilib və biz İrəvandan bu addımlara cavab gözləyirik”, - deyə Zaxarova vurğulayıb.
O qeyd edib ki, ölkələr və xalqlar arasında mövcud olan sıx əlaqələri nəzərə alaraq Ermənistanla ikitərəfli dialoq geniş xarakter daşıyır.
“İl başlayandan bəri bir neçə yüksək səviyyəli səfər baş tutub. Biz qarşılıqlı razılıq əldə olunandan və müvafiq anlaşma olduqdan sonra bu cür səfərlər və təmaslar barədə ictimaiyyətə məlumat veririk”, - deyə Mariya Zaxarova əlavə edib.
Musavat.com
10 Iyul 2025
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ