Onlayn ictimai-siyasi qəzet
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ukrayna və Niderlandın birləşdirilmiş şikayətləri əsasında Rusiyanı iki iş üzrə günahkar hesab edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu işlər 2014-cü ildə Donbas üzərində vurulan MH17 sərnişin təyyarəsi və Ukraynada insan hüquqlarının pozulması ilə bağlı olub.
Məhkəmə öz qərarında MH17 reysinin vurulmasına görə məsuliyyətin Rusiyaya aid olduğunu təsdiqləyib. Bu, beynəlxalq məhkəmənin Moskvanı bu hadisəyə görə günahkar tanıdığı ilk haldır.
Ukraynanın təqdim etdiyi şikayətlər üzrə isə məhkəmə Kiyev tərəfini haqlı hesab edib. Ukrayna 2014-cü ildən etibarən Rusiya tərəfindən çoxsaylı insan hüquqları pozuntularının törədildiyini bildirib. Bunlar arasında işgəncələr, qanunsuz həbslər, qeyri-insani rəftar, məcburi əmək, ukraynalı uşaqların qanunsuz yerdəyişməsi və mülki şəxslərin qətlə yetirilməsi kimi faktlar var.
Bu da ilk dəfədir ki, beynəlxalq məhkəmə Rusiyanı Ukraynada insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan tərəf kimi tanıyıb.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ