Onlayn ictimai-siyasi qəzet
“Bu işlər üzrə məhkəmədən ədalətli qərar gözləmək mənasızdır”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin eyni adlı fraksiyasının deputatı Anna Qriqoryan tərəfindən səslənib.
O, toxunulmazlığı əlindən alınmış Artur Sarkisyanın işində hakimiyyətin başqa məqsədləri olduğunu iddia edib.
Qriqoryan əlavə edib ki, bu iş üzrə hakim Samvel Karapetyanın işinə də baxmış şəxsdir və onların heç bir silahdaşı müsbət nəticə gözləmir.
“Bu işlərə ayrı-ayrılıqda baxmaq olmaz. Hazırda baş verənlər, xüsusilə də Erməni Apostol Kilsəsinə, Samvel Karapetyana, “Ermənistan” blokunun fraksiyasına qarşı hücumlar yalnız iki cür izah oluna bilər. Bu, ya 2026-cı ildə keçiriləcək seçkilər ərəfəsində baş verir, ya da – məncə, daha inandırıcı səbəb – yaxın gələcəkdə gözlənilən güzəştlərlə əlaqəlidir”, - deyə revanşist deputat qeyd edib.
Musavat.com
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ