Onlayn ictimai-siyasi qəzet
"Rusiya xərçəngə qarşı vaksinlər yaratmağa yaxındır".
Musavat.com "REN TV"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, fərdi terapiya metodları kimi xərçəngə qarşı vaksinlərin erkən tətbiqi gözlənilir.
"Biz onko-vaksinlər adlanan - xərçəngə qarşı peyvəndlər və yeni nəsil immunomodulyator dərmanlar yaratmağa yaxınlaşdıq. Və ümid edirəm ki, tezliklə onlardan fərdi terapiya metodları kimi səmərəli istifadə olunacaq" - deyə Rusiya prezidenti vurğulayıb.
Vladimir Putin əlavə edib ki, təkcə ötən il Rusiyanın aparıcı mütəxəssisləri tərəfindən yaradılan 530 yerli dərman qeydiyyata alınıb.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ