Onlayn ictimai-siyasi qəzet
Türkiyədə istirahətə yollanan müğənni Xatirə İslamın yeni fotoları başına bəla olub.
Belekdə tətilin dadını çıxaran sənətçi qara rəngli çimərlik geyimində çəkdiyi fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Lakin Xatirənin paylaşdığı şəkillər sosial şəbəkə izləyiciləri tərəfindən xoş qarşılanmayıb.
"Arıqlayan kimi lütlənirlər. İndi bunun nə mənası var. Dincəlirsən özün üçün dincəl. Belə etməklə nə olur? Heç kimə sənin bu cür şəkillərin lazım deyil", "Xatirə sən axı niyə belə edirsən? Sən muğam ifaçısısan. Milli mentalitetimizi qoruyub, saxla. Sevilirsən... Nəyə görə lütlənib şəkil çəkməyə ehtiyac duyursan?" kimi şərhlər yazıblar.
Hətta Xatirənin izləyicilərindən biri ifaçıya həyat yoldaşı Fəxrəddin Musayevdən boşandığı ilə bağlı sual da ünvanlayıb.
X.İslam isə çox sayda neqativ dolu şərhləri cavabsız qoyub.
Qeyd edək ki, Xatirə və Fəxrəddin cütlüyünün Emil adında bir oğlan övladı var. (bizim.media)
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ