İnsanlara hürriyət, millətlərə istiqlal!

Xatirə İslam COP-29 tədbirini yarışma adlandırdı, izləyicilər ələ saldı - VİDEO

Müğənni Xatirə İslam "Tik-Tok" sosial şəbəkəsində Bakı şəhərində müşahidə olunan pis qoxudan şikayətlənib.

Musavat.com bildirir ki, müğənni bununla bağlı paylaşdığı videoda noyabrda Bakıda keçiriləcək COP-29 tədbirində yarışmaların keçiriləcəyini deyib:

"Şəhərdən olduqca pis iy gəlir. Bunun neft, yoxsa qaz iyi olduğunu bilmirəm, bircə onu bilirəm ki, maşının içində oturmaq mümkün deyil. Əvvəllər belə şeylər olmazdı.

COP tədbiri də yaxınlaşır, buna görə şəhərimizə nə qədər qonaq gələcək, çəkilişlər, yarışmalar olacaq. Sizcə, bu iy nədən olar?"

Müğənninin bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən gülüşlə qarşılanıb, "hələ də bilmir ki, COP-29 yarışma tədbiri deyil", deyə şərhlər yazılıb.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR