Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanadan sensasion müraciət edib.
Musavat.com xəbər verir ki, o, tərəfdarlarını oktyabrın 4-də mitinqə çıxmağa çağırıb və vəziyyətin artıq təxirəsalınmaz olduğunu bildirib.
Saakaşvilinin sözlərinə görə, seçkilərdən sonra ölkədə müstəqil medianın, televiziya kanallarının və universitetlərin bağlanacağı təhlükəsi mövcuddur. O həmçinin xəbərdarlıq edib ki, belə bir durumda Qərb Gürcüstandan tamamilə üz döndərə bilər.
Siyasi dairələrdə Saakaşvilinin bu çağırışı müxalifət üçün son şans kimi dəyərləndirilir. Gürcüstan ictimaiyyəti isə ölkənin “Avropa və Rusiyanın döyüş meydanına çevrilməsi” təhlükəsindən narahatdır.
Musavat.com
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ