İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Kopenhagen görüşü barədə açıqlama

Ermənistan hökumətinin mətbuat xidməti Danimarkanın paytaxtı Kopenhagendə, Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində reallaşan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı görüşün bəzi detalları ilə bağlı açıqlama yayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir

“Tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğuladılar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti davam etdirməyə sadiq olduqlarını bir daha təsdiq etdilər.

Ermənistanın baş naziri və Azərbaycan prezidenti regionda nəqliyyat əlaqələrinin üstünlüklərini qeyd ediblər, Azərbaycanda infrastrukturun inkişafının gedişatını və Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar”.

Bildirilir ki, bu kontekstdə tərəflər ATƏT-in Minsk prosesinin və bütün əlaqədar strukturların dayandırılması barədə yekdil qərarı alqışlayıblar. “Tərəflər etimad quruculuğu tədbirlərinin daha da həyata keçirilməsinin zəruriliyini vurğuladılar və təmasları davam etdirmək barədə razılığa gəldilər”, - deyə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR