Onlayn ictimai-siyasi qəzet
Baş rolunu Ulaş Tuna Astepe ilə Dəniz Bayselin canlandıracağı "Taşacak ha bu deniz" serialının yayım tarixi bəlli olub.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi oktyabrın 10-da izləyicilərin ixtiyarına veriləcək.
OGM Pictures-in istehsalı olan serialın rejissoru Çağrı Bayrak, ssenarisi isə “Sen Anlat Karadeniz”in müəllifləri Ayşe Ferda Eryılmaz və Nehir Erdem imzasını daşıyır.
Məlumata görə, ekran işi Karadeniz bölgəsində cərəyan edir və dəniz, fırtına, dağların sərtliyi fonunda iki düşmən ailənin dramını, sevgi və kin dolu münasibətlərini tamaşaçıya təqdim edəcək. Serialda ənənəvi dəyərlərlə müasir həyatın toqquşması, qadınların mübarizəsi və köhnə qan davalarının yaratdığı faciələr əsas mövzular olacaq.
Baş rolları Ulaş Tuna Astepe (Adil Koçari) və Deniz Baysal (Esme Furtuna) canlandırır. Hekayənin mərkəzində isə Yunanıstanda böyüyüb köklərini axtarmaq üçün Karadenizə gələn Eleni obrazı dayanır. Gənc aktrisa Ava Yamanın ifa etdiyi Eleni, düşmənçilik içində olan Furtunalar və Koçarilər ailələrinin mübarizəsinin ortasında qalacaq.
Kadroda həmçinin Burak Yörük (Oruç), Aytek Şayan (Şeref), Yeşim Ceren Bozoğlu (Zarife) və Zeynep Atılgan (Fadime) kimi adlar da yer alır.
Serial "TRT 1" kanalında nümayiş olunacaq.
Könül
Musavat.com
03 Oktyabr 2025
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ