İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarkovdakı sonuncu yaralı azərbaycanlı sürücü təxliyyə olunub - FOTO

Rusiyanın Ukraynada apardığı müharibənin ilk günlərindən Xarkovda yaralanan və təxliyə problemi yaşayan digər azərbaycanlı sürücü də ölkədən çıxarılıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov yaralı sürücü Bayramov Yusif Asif oğlunu Türkiyə vasitəsilə Azərbaycana yola salındığını bildirib. Sürücü artıq bu gündən vətəndədir.

Xatırladaq ki, ötən gün də digər yaralı azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlu sürücüsü olduğu şirkət, Atəş Əhmədzadə və Mətləb Nəcəfov tərəfindən Xarkovdan Azərbaycana təxliyə olunub.

Bu 2 sürücü ilə yanaşı, digər azərbaycanlı sürücü Əsgərzadə Nadir Qadir oğlu uzun müddət idi Xarkovda təxliyə problemi yaşayırdılar. Xüsüsilə yaralı sürücülər Xarkovda köməksiz qalmışdılar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR