İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici kəşfiyyat şeflərinin Ankara görüşü – Təfərrüat açıqlandı

ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rudd noyabrın 14-də Ankarada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börnslə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında baş tutan görüşün təfərrüatlarını açıqlayıb.

Diplomat görüşdə Ukrayna məsələsinin müzakirə edilmədiyini bildirib.

O qeyd edib ki, Moskva və Vaşinqtonun riskləri, xüsusən də nüvə risklərini idarə etmək üçün kanalları var. Diplomatın sözlərinə görə, Bernsin Narışkinlə görüşünün məqsədi məhz bu sual olub.

“Börns görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyib”, - Rud söyləyib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ölkələr arasında əlaqəni saxlamaq üçün noyabrın 14-də xarici kəşfiyyat xidmətlərinin rəhbərlərinin Türkiyədə görüşü baş tutub. Onun sözlərinə görə, iki ölkə nümayəndələri arasında təmaslar normal olub, Amerika tərəfi xüsusilə də Kremlin nüvə silahından istifadə ilə bağlı ritorikası fonunda rabitə kanallarının açıq qalmasına əmin olmaq istəyib./Teleqraf.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR