Onlayn ictimai-siyasi qəzet
2023-cü il sentyabrın 25-də Xankəndi-Əsgəran şossesində yerləşən yanacaq anbarında baş vermiş partlayış nəticəsində 218 nəfər ölüb, 120 nəfər yaralanıb, 21 nəfər itkin düşüb.
Musavat.com bildirir ki, bunu Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyan İctimai Televiziyaya müsahibəsində deyib.
Onun sözlərinə görə, hələ də 3 meyitin şəxsiyyəti müəyyən edilməyib ki, bu da ölənlərin bütün qohumlarının genetik ekspertiza üçün nümunələr təqdim etmədiyinə görədir.
“Mən xahiş etməliyəm ki, bütün qurbanların qohumları məsələni həll etmək üçün prosesi aparan orqanla əlaqə saxlasınlar”, - deyə Kyaramyan bildirib.
İstintaq Komitəsinin sədri bildirib ki, 19-20 sentyabrdakı antiterror tədbirindən sonra, ehtimal ki, “müdafiə ordusu”nun buraxılması prosesi ilə əlaqədar olaraq, yanacaq anbarına nəzarət Qarabağdakı qondarma “hakimiyyət”ə verilib. İstintaq Komitəsinin sədri hadisə yerində təhlükəsizlik qaydalarına əməl olunmasına cavabdeh şəxslərin olub-olmaması və nəzarətin necə həyata keçirildiyini açıqlamayıb, araşdırmanın hələ də davam etdiyini vurğulayıb. Kyaramyan bildirib ki, anbarda 42 min tona yaxın yanacaq saxlanılırmış.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ