İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndidə xain hazırlıqlar- rəsmi Bakı nə etməlidir?

“Bayram törəni” təxribatçılar üçün qara günə çevrilə bilər

Ermənilər getdikcə reallıq hissi ilə bərabər ağıllarını da itirirlər. Sentyabrın 2-də “artsaxın müstəqillik gününü” qeyd etmək barədə qərar da bunu təsdiq edir.  Erməni mediasının yazdığına görə, “artsax milli assambleyasının’’ bütün beş fraksiyaları sentyabrın 2-də bir sıra tədbirlər keçirmək barədə qərarlarını elan etdilər. Bildirilib ki, sentyabrın 2-də saat 17:30-da Xankəndinin bütün sakinləri və qonaqları Azadlıq meydanından başlayacaq yürüşdə iştirak etməyə dəvət olunur.  Yürüşdən sonra mitinq keçiriləcək.

“Artsax xalqı öz övladlarının qanı, minlərlə artsaxlının zəhməti və təri ilə yaradılmış suveren dövlətçiliyə sadiqdir. Mitinqdə iştirak etməklə biz birliyimizi, iradəmizi, hüquqlarımızı müdafiə əzmimizi dünyaya nümayiş etdirəcəyik” deyə, yayılmış bəyanatda deyilir.

Qeyd edək ki, ötən il Ermənistan baş naziri Nikol Paşinyan və ölkənin digər yüksək rütbəli rəsmiləri əvvəlki illərdən fərqli olaraq, “müstəqillik tədbirlərində” iştirak etmək üçün Xankəndinə getməyib. Ötən illərdə Ermənistan rəhbərliyi “bayramda” mütləq Qarabağa gedirdi, hərbi paradlarda və s. iştirak edirdi.

1991-ci ilin məhz 2 sentyabrında Qarabağ “parlamenti” Azərbaycandan “müstəqilliyini” elan edib və Ermənistan və Azərbaycan arasında silahlı münaqişənin başlanğıcını qoyub. 

Xankəndidə separatçı-terrorçu rejim reallığı yaxşı dərk etsə də, bu tarixi “qeyd etməklə” Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq arzularını  yenidən stimullaşdırırlar.  Bundan başqa, ermənilər “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanırlar.  Nəhayət, hələ də “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verirlər. Bəzi ekspertlərə görə, rəsmi Bakı ermənilərin qondarma “müstəqilliklərinə” həlledici zərbəni elə sentyabrın 2-də vura da bilər. Amma necə və hansı gedişlərlə?

Akif Nağı QAT-ın partiya olmasından danışdı: “Hədəfimiz təşkilatlanmaq,  seçkilərdə iştirak etməkdir”

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilər hələ də reallığı tam qəbul edə bilmirlər. Onların bu təşəbbüsü , “2 sentyabr təntənələri” keçirmək istəkləri yalnız Xankəndidəki ermənilərin işi deyil, buna İrəvandan da rəvac verilir: “Xankəndidəki bir ovuc erməni kimdir, daha doğrusu, nədir ki, özbaşına qərar qəbul edib, tədbirlər keçirsin. Bu işi İrəvan rejimi və Rusiyadakı erməniləri dəstəkləyən qüvvələr qurur. Onların məqsədi Azərbaycanın diktəsi ilə gedən proseslərə əngəl törətməkdir. Ermənilərin ”2 sentyabr oyunbazlıqları"na heç bir halda yol vermək olmaz. Azərbaycan ilk növbədə Rusiya sülhməramlılarından bu oyunbazlıqların qarşısının alınmasını tələb etməlidir. Əgər onlar reaksiya verməsələr, DİN, daxili qoşunlarımız öz qanuni səlahiyyətləri çərçivəsində öz ərazimizdə hərəkətə keçməli, Xankəndinə daxil olaraq qeyri-qanuni tədbirlərin qarşısını almaq üçün operativ əməliyyat həyata keçirməlidir. Bunun üçün kimdənsə icazə almağa ehtiyac yoxdur. Bu addımları atmasaq, ermənilər hələ də xam xəyallarla yaşayacaq, bizə problemlər yaradacaqlar".

Nədən ölkənin 90 faiz narazı elektoratı üzdə olan liderlərə inanmırlar?" - Əli  Orucov - Unikal.org

Əli Orucov

AMİP katibi Əli Orucov isə bildirdi ki, 44 günlük müharibə ermənilərin bütün planlarını və ümidlərini alt-üst elədi. Azərbaycan Ordusu qısa müddətdə ermənilərin həm də özləri haqda yaratdıqları süni mifi darmadağın etdi. Son zamanlar baş verən proseslər, Laçın şəhərinn, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarəti altına keçməsi ermənilərdəki ruh düşkünlüyünü daha da dərinləşdirib. Ona görə də indi İrəvan və separatizmə dəstək verən xarici qüvvələr, həmçinin Xankəndidəki separatçı quldur rejim ermənilərdə ruh yüksəkliyini hansı yolla yaratmaq barədə planlar qururlar: “2 sentyabrda ”artsaxın müstəqillik günü"nü qeyd etmək istəmələri həm də bununla bağlıdır. Müxtəlif vasitələrlə çalışırlar ki, bədbinliyi, ruh düşkünlüyünü aradan qaldırsınlar. Amma bir məsələ də var ki, ermənilərin bu cür təxribatçı hərəkətlərinə Azərbaycan artıq keçmişdəki kimi dözümlü münasibət sərgiləmir. Artıq Azərbaycan öz ərazisində həyata keçirilən istənilən təxribatçı hərəkətə sərt cavab addımı atır. Ona görə də separatçı ermənilər bilməlidirlər ki, növbəti təxribatçı hərəkətləri də özlərinin ziyanına işləyəcək. 2 sentyabrda və ya başqa hər hansı bir gündə ermənilərin Azərbaycan ərazisində təxribatçı “müstəqilik törəni” keçirmələri Azərbaycana tam imkan və qanuni əsas yaradacaq ki, həmin ərazilərdə, Xankəndidə təxribatçılara qarşı əməliyyat həyata keçirsin. Ermənilər Azərbaycanın uzun müddət göstərdiyi səbirdən və humanistlikdən həddən artıq sui-istifadə etdilər. Ancaq artıq çox şey dəyişib, təxribatçılara səbr göstərmək və humanist davranmaq dövrü bitib".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR