İnsanlara hürriyət, millətlərə istiqlal!

Xankəndi rejimi AÇIQLADI: “Deyirlər ki, gözləyin, rus pasportları veriləcək” - CANLI

“Yüksək səviyyədə tezislər yayılır ki, bir az da gözləyin, onda hər şey yaxşı olacaq. Ruslar deyiblər ki, il yarım səbr edin, hər şey yaxşı olacaq.

Deyirlər ki, gözləyin, Ukraynada vəziyyət dəyişəndə, burada da (Xankəndidə - red.) dəyişəcək, tezliklə rus pasportları veriləcək, hər şey yaxşı olacaq”.

Qarabağdakı separatçı dəstənin keçmiş “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan deyib. “Bu, tam fəaliyyətsizlik kampaniyası, cəmiyyəti sakitləşdirmə prosesidir.

Təsəvvür edin ki, uçuruma yuvarlanan avtomobilin sərnişinlərini inandırmağa çalışırlar ki, uçurumun kənarında böyük bir daş var, maşın onu dəyib dayanacaq.

Əslində isə onlar uçuruma atılan maşının sürətini ancaq artırır. Biz geosiyasi yetim rolunda olmaqdan, boynunu büküb bu və ya digər tərəfə baxmaqdan, kimdənsə nəsə tələb etməkdən əl çəkməliyik”, - o bildirib.

Separatçı rejimin “Təhlükəsizlik və İnkişaf Cəbhəsi ictimai hərəkatı” bəyan edir ki, Azərbaycan separatçı qurumun prezidentinin təslim olmasını və bütün dövlət qurumlarının ləğvini tələb edərək, indiki kimi danışıqlara getməyəcək, Əgər Azərbaycan “artsax”ı tərəf kimi qəbul edərsə, o zaman danışıqlara hazırıq: “Belə şəraitdə heç bir danışıqlar apara bilməzsiniz, çünki bu, itaət etdiyiniz deməkdir. Bizim üçün və Azərbaycan üçün 9 noyabr və 9 may fərqli, əks mənalı iki gündür. Bizim üçün 9 May Şuşanin işğaldan azad olunduğu gün qələbə günüdür, onlar üçün 9 noyabrdır. Təsəvvür edin, 9 noyabrı Azərbaycanda necə qeyd edəcəyik”.

TVMusavat-ın saat 11:30-da “Həftə içi” verilişində politoloq Oqtay Qasımovla bölgədəki hadisələri müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR