Onlayn ictimai-siyasi qəzet
Müğənni Elvin Abdullayevin ad günü olub.
Sənətçi 38 yaşını qeyd edib. Elvin bununla bağlı paylaşımına "Həyatımın ən şanslı rəqəmi - 38, xoş gəldin" sözlərini yazıb.
Həyat yoldaşı Afət Abdullayeva isə Elvini "Ad günün mübarək, eşqim. Bir yerdə neçə illəri geridə qoyduq: qayğılı günlərimiz də oldu, gülüş dolu anlarımız da. Amma hər zaman bir-birimizin yanında olduq, çiyin-çiyinə, ürək-ürəyə. Səninlə həyat daha gözəl, daha mənalıdır. Arzu edirəm ki, qarşına çıxan hər şey səni sevindirsin, həyat sənə həmişə gülümsəsin. Sağlam, uğurlu və həmişə xoşbəxt ol" sözləri ilə təbrik edib. (Axşam.az)
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ