İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkian əvvəlcədən MƏLUMATLANDIRILMIŞDI: İrandan TƏHLÜKƏ gözlənilir? - VİDEO

İran elə vuruldu ki, onun yenidən hansısa Amerika layihəsinə, yaxud içərisində ABŞ olan hansısa projeyə qarşı hərəkət etməsi qeyri-mümkündür. 

Musavat.com xəbər verir ki, bu sözləri TV Musavat-ın canlı efirində "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu deyib.

O bildirib ki, İranda Zəngəzur dəhlizi ilə bağlı ciddi daxili qarşıdurma var.

Rauf Arifoğlu onu qeyd edib ki, Şuşanı ermənilərə məhz İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti verib.

"Şuşa ermənilərə o zaman İranın xarici işlər naziri olan Vilayətinin dövründə verilib. O, Yaqub Məmmədova (Ali Sovetin sədri olan və prezidentin səlahiyyətlərini icra edən siyasətçi - red.) tələ qurub Tehrana apardı, Azərbaycan dövlətinin başını qatıb aldatdı, ermənilərə isə "içəri girin" komandasını verdi. Şuşanı ermənilərə İran verib".

Ətraflı videonu təqdim edirik:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR