Onlayn ictimai-siyasi qəzet
Polşa ordusuna məxsus olan onlarla Cənubi Koreya K2GF Black Panther tankından ibarət kolonna 15 avqustda keçiriləcək Polşa Silahlı Qüvvələri Günü hərbi paradının məşqində iştirak edir.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl, 1 avqust 2025-ci il tarixində Polşa 6,5 milyard dollar dəyərində 180 ədəd K2 Black Panther tankının ikinci alqı-satqı müqaviləsini imzalayıb. Bu 180 tankdan 116-sı Cənubi Koreyada K2GF variantında, 64-ü isə K2PL variantında istehsal ediləcək.
İki müqavilə üzrə Polşa Cənubi Koreyadan ümumilikdə 360 ədəd K2 Black Panther tankı sifariş edib ki, onların 296-sı K2GF, qalan 64-ü isə K2PL variantındadır. Gələcəkdə Polşa 1000 ədəd əsas döyüş tankı K2 Black Panther almağı planlaşdırır.
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ