İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyan “Tramp yolu”na qarşı çıxdı: “Heç kimə koridor vermək kimi öhdəliyimiz yoxdur”

Musavat.com xəbər verir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan növbəti dəfə “Zəngəzur dəhlizi” mövzusunda sərt açıqlama verib. Onun sözlərinə görə, İrəvanın heç bir halda Azərbaycan və ya başqa tərəfə belə bir dəhliz vermək öhdəliyi yoxdur.

“Nə koridordan danışırsınız? Siz ümumiyyətlə onu necə təhvil verə bilərsiniz? Bizim kiməsə koridor vermək kimi heç bir vəzifəmiz yoxdur. Əmin olun, əgər biz bu rejimi vəzifədən göndərsək, belə şey heç vaxt baş verməyəcək”, – deyə Sarkisyan bəyan edib.

Musavat.com-un şərhinə görə, Azərbaycan ictimaiyyətində və ekspert dairələrində Sarkisyan kimi keçmiş hərbi-siyasi fiqurlar “savaş cinayətkarı” kimi tanınır. Qarabağ müharibəsinin ilk mərhələsində və sonrakı dövrlərdə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş qanlı əməliyyatlarda onun adı hallanıb. Gözlənilir ki, Ermənistanla münasibətlər normallaşan kimi, rəsmi Bakı Sarkisyanı, eləcə də Robert Köçəryanı, Seyran Ohanyanı və digər müharibə cinayətlərində əli olan şəxsləri məhkəməyə verilməsi üçün İrəvandan tələb edəcək. Bu halda Ermənistan tərəfinin onları Azərbaycana təhvil verməmək kimi bir lüksü qalmayacaq.

MUSAVAT.COM

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR