İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanımı İmamoğlunu dəstəkləyir, özü Ərdoğanı…

Son günlər Türkiyədə baş verən siyasi proseslərdə tanınmış xəbər aparıcıları - Ece Üner və Deniz Bayramoğlu cütlüyü gündəm olub.

Musavat.com xəbər verir ki, hər ikisi media qurumunda çalışsalar da, onların siyasi mövqeləri arasında ciddi fərqlər mövcuddur.

Belə ki, Ece Üner “Halk” TV-də Ədalət və İnkişaf Partiyasını (AKP) sərt şəkildə tənqid edərkən, həyat yoldaşı Deniz Bayramoğlu “Kanal D”də iqtidarın siyasi kursunu dəstəkləyir. Bu vəziyyət cəmiyyətdə müzakirələrə səbəb olub.

Türkiyənin tanınmış köşə yazarı Rasim Ozan Kütahyalı hər iki aparıcının, əslində, siyasi baxışlarının eyni olduğunu və xalqı aldatdıqlarını iddia edib. O, Ece Ünerin daha əvvəl hökumətin təbliğatını apardığını qeyd edib.

Bir neçə gün əvvəl Ece Üner “məhkəmə orqanlarını təhqir etmək” və “ədalətli məhkəmə araşdırmasına müdaxilə etmək” ittihamları ilə istintaqa çağırılıb. O, ifadə verdikdən sonra sərbəst buraxılıb, amma xaricə çıxışı qadağan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Mart 2025

27 Mart 2025

BÜTÜN XƏBƏRLƏR