İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ liderləri İsrailin cinayətlərinə şərik olur – Cozef Borrellin sərt ittihamı

Musavat.com xəbər verir ki, Avropa İttifaqının sabiq baş diplomatı Cozef Borrell “The Guardian” qəzetində dərc olunan məqaləsində İsrailin Qəzzadakı fəaliyyətlərini açıq şəkildə “soyqırımı” adlandırıb və Aİ ölkələrini bu cinayətlərə şərik olmaqda ittiham edib.

Borrell yazır ki, İsrail hökuməti Qəzzada dinc sakinləri öldürür, onları aclıqla məhv edir, ərazidəki bütün infrastrukturu sistemli şəkildə dağıdır. Bundan başqa, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə köçkünlərə və mülki əhaliyə qarşı hərbi təzyiqlər, qanunsuz zorakılıqlar beynəlxalq hüququn və humanitar prinsiplərin kütləvi və davamlı şəkildə pozulması ilə müşayiət olunur.

Sabiq Aİ rəsmisi bildirib ki, bu qədər açıq hüquq pozuntuları fonunda hələ də İsrailə qarşı heç bir sanksiya tətbiq etməyən Avropa İttifaqı rəhbərləri susmaqla həmin cinayətlərdə iştirakçıya çevrilirlər:

“Bu soyqırımı və hüquq pozuntularını dayandırmaq üçün hüquqi və siyasi imkanlara sahib olan, lakin susanlar – şərikdir. Təəssüf ki, bu gün Avropa İttifaqının rəhbərliyi və üzv dövlətləri İsrailə qarşı tədbir görməkdən imtina etməklə, əslində onun cinayətlərini təsdiqləmiş olurlar”, – deyə Borrell vurğulayıb.

O əlavə edib ki, beynəlxalq məhkəmələrin bu məsələyə rəsmi qiymət verməsi illər çəkə bilər. Lakin “görəcək gözü, eşidəcək qulağı olanlar üçün ortada soyqırımı faktı var və bu günün cinayətlərinə səssiz qalmaq sabahın hökmündən yayınmaq anlamına gəlmir”.

Mənbə: The Guardian, 1 avqust 2025

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR