Onlayn ictimai-siyasi qəzet
Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirlikdən Musavat.com-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyat hissələri yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.
***
Bakıda avtomobil təmiri sexində yanğın olub.
FHN-dən Musavat.com-a verilən məlumata görə, hadisə Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində yerləşən, 14 boksdan ibarət, ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verib.
Yanğın zamanı 120 m² sahədə 2 boksun yanar konstruksiyaları, içərisindəki “Land Rover Sport” markalı avtomobil və 36 m² sahədə ehtiyat hissələri olan 2 konteyner yanıb.
Yanğınsöndürənlərin çevik müdaxiləsi ilə alovun digər hissələrə yayılmasının qarşısı alınıb. Sexin əsas hissəsi yanğından mühafizə olunub.
Musavat.com
@@TVmusavat/122980@@
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ