İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamneyi İsrailin hərbi cəhətdən uduzduğunu düşünür

İranın ali dini lideri Əli Xamneyi hesab edir ki, Fələstinin radikal HƏMAS hərəkatının döyüşçüləri İsrailə hərbi cəhətdən “dönməz məğlubiyyət”ə uğradıblar.

Musavat.com xarici mediaya istinadla bildirir ki, dini lider bu fikri Fələstin-İsrail münaqişəsinin yeni epizodunu qiymətləndirərkən deyib.

"Belə olan halda, mehr ayının 15-də (7 oktyabr - qeydi) işğalçı sionist rejim (İsrail nəzərdə tutulur - qeydi) həm hərbi, həm də kəşfiyyat baxımından geri dönməz məğlubiyyətə uğradı", - Xamneyi deyib.

"Tasnim" agentliyi dövlət rəhbərindən sitat gətirib. “Hamı məğlubiyyətin qeyri-mümkün olduğunu söyləyirdi” deyən Xamneyi əlavə edib ki,HƏMAS-ın hərəkətləri işğal rejiminin suverenliyinin bəzi əsaslarını məhv edib, onu bərpa etmək o qədər də asan olmayacaq”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR