Onlayn ictimai-siyasi qəzet
İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın İrana qarşı yalan və təxribatçı bəyanatlarına kəskin reaksiya verib.
Musavat.com xəbər verir ki, Xamenei çıxışında bildirib:
“Bu şəxs özünün vulqar davranışları və İrana qarşı yalanları ilə sionistləri dəstəkləməyə və güclü görünməyə çalışır. Əgər onun doğrudan da bacarığı varsa, müxtəlif ştatlarda ona qarşı etiraz edən milyonlarla amerikalını sakitləşdirməyə çalışsın".
Xamenei əlavə edib ki, Trampın ritorikası beynəlxalq sabitliyə zərbə vurur və ABŞ-ın daxilindəki siyasi xaosu daha da dərinləşdirir.
Musavat.com
21 Oktyabr 2025
20 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ